Premyer Liqa rəhbərliyi Roy Hocsonu stadiona buraxmayacaq?

İngiltərə Premyer Liqasında yaşlı insanların stadionlara girişi qadağan oluna bilər.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilir ki, bu qərar son günlərdə bütün dünyada yayılan koronavirus epidemiyası səbəbiylə qəbul oluna bilər. Yaşlı insanların virusa daha tez və çox yoluxması, Premyer Liqa rəhbərliyini 70 yaşdan yuxarı insanların stadionlara girişini qadağan etməklə bağlı addım atmağa vadar edir.

Qərar qəbul olunarsa, “Kristal Pelas” klubunun 73 yaşlı baş məşqçisi Roy Hocsonun da stadionlara girişinə qadağa qoyulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button