Premyer Liqa klubunun məşqçisində koronavirus aşkarlandı

İngiltərənin “Bernli” klubunun məşqçisi Yan Voan koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ötən həftənin sonunda həm futbolçulardan, həm də məşqçilər heyətindən COVID-19 testi götürülüb. Onların arasında yalnız Voanın virusa yoluxduğu üzə çıxıb. Amma onun xəstəliyinin simptomsuz yarandığı bildirilir. Baş məşqçi Şon Dayçın köməkçisi 7 günlük karantinə göndərilib. Lakin o, klub əməkdaşları ilə əlaqə saxlaya biləcək.

Qeyd edək ki, “Bernli” Premyer Liqada 29 oyuna topladığı 39 xalla 10-cu pillədə yer alıb. Koronavirus pandemiyasına görə martda dayandırılan Premyer Liqanın 2019/20 mövsümünün nə vaxt bərpa olunacağı bilinmir.