Premyer Liqa klubunun baş məşqçisində koronavirus aşkarlandı

İngiltərənin “Vest Hem” klubunun baş məşqçis Devid Moyesdə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

57 yaşlı mütəxəssisdən götürülən sonuncu koronavirus testi müsbət nəticə verib. Şotland məşqçi ilə yanaşı komanda üzvlərindən İssa Diop və Coş Kallendə də koronavirus aşkarlanıb.

Moyes və futbolçular karantinə alınıb. Onların özlərini yaxşı hiss etdikləri bildirilir.