Premyer Liqa klubundan yeni transfer

İngiltərənin “Norviç Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq sözügedən klub “Vest Hem”in müdafiəçisi Sem Bayremi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Lids”in yetirməsi olan, 2012-2016-cı illər aralığında bu komandanın uğurları üçün çalışmış Bayrem, “Vest Hem”ə 3 il əvvəl transfer olunmuşdu. İngilis müdafiəçi geridə qalan mövsümü icarə əsasında “Nottingem Forest”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button