Premyer Liqa klubundan rekord transfer

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan Mateus Nunesi transferi edib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Vulverhempton” bu transfer üçün qarşı tərəfə ödənilən məbləği açıqlamayıb. Amma Nunesin klub tarixinin ən bahalı transferi olduğu vurğulanıb. Britaniya mətbuatı isə klubun bu keçidə görə 45 milyon+5 milyon avro bonus ödəyəcəyini iddia edib.

Nunes 2019-cu ilin yanvarından “Sportinq”də çıxış edirdi. O, daha öncə “Eştoril” və “Eriseyrense” klublarında da forma geyinib. Braziliyada dünyaya göz açan futbolçu Portuqaliya vətəndaşlığına da malikdir. Bu üzdən də, o, ötən ildən Portuqaliyanın əsas yığmasına dəvət alır. Yarımmüdafiəçi artıq bu komandada 8 oyunda 1 qol da vurub.