Premyer Liqa klubundan rekord transfer

“Vulverhempton” mövsümün əvvəlində “Benfika”dan icarəyə götürdüyü Raul Ximenesin transfer hüquqlarını satın alıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Vulverhempton” 27 yaşlı hücumçu üçün Portuqaliya təmsilçisinə 38 milyon avro ödəyəcək. Bu, “canavarlar” üçün transfer rekordudur.

Ximeneslə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. Meksika millisinin də formasını geyinən hücumçu, bu mövsüm Premyer Liqada 32 qarşılaşmada iştirak edərək, 12 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button