Premyer Liqa klubundan növbəti transfer

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı müdafiəçi Yan Paul van Hekkeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandın “NAK Breda” klubundan transfer olunan 20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Van Hekke Niderlandın aşağı yaşı qrupları üzrə yığmalarının da üzvüdür. O, 2018-ci ildən “NAK Breda”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button