Premyer Liqa klubundan daha bir transfer

İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Niderlandın “Feyenoord” klubunun hücumameylli yarımmüdafiəçisi Krisensio Sammervilli transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı niderlandlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı “Lids”in bu transferə görə “Feyenoord”a 1.5 milyon funt-sterlinq ödədiyini yazıb. Amma müqavilədə əlavə bonuslar da nəzərdə tutulub.

“Feyenoord”un yetirməsi olan Sammervill, geridə qalan mövsümü icarə əsasında “Den Haaq”da keçirib. O, bu komandada 21 oyuna 2 qol vurub.