Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Lester Siti” klubu kapitanı Uesli Morqanla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 35 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyun ayına qədər artırılıb.

Əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.

Vaxtilə Yamayka yığmasında çıxış etmiş Morqan, 2012-ci ildən “Lester Siti”də forma geyinir. O, bu komanda ilə 292 oyuna çıxıb, 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button