Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Uotford” klubu qapıçısı Ben Fosterlə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən 37 yaşlı qolkiper daha 2 il “Uotford”un uğurları üçün çalışmağa davam edəcək.

İngiltərə yığmasının da formasını geyinmiş Ben Foster 2018-ci ildə “Vest Bromviç”dən “Uotford”a transfer olunub. O, bu mövsüm sözügedən komandada 29 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button