Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Aston Villa” klubu müdafiəçisi Tayron Minqslə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçusu Birmingem təmsilçisi ilə müddəti 2024-cü ilin yayında bitəcək yeni müqaviləyə imza atıb.

İngilis futbolçu 2019-cu ilin yanvarından “Aston Villa”nın uğurları üçün çalışır. İngiltərə yığmasında da oynamış müdafiəçi daha öncə “Bornmut”, “İpsviç Taun” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button