Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Brayton” klubu müdafiəçisi Luis Dankla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı ingilis futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayına qədərdir.

Dank “Brayton”un öz yetirməsidir. O, 2010-cu ildən bu klubun əsas komandasında çıxış edir. Klubu onu yalnız 2013-cü ildə qısa müddətə “Bristol Siti”yə icarəyə verib. İngiltərə yığmasında bir oyun keçirmiş mərkəz müdafiəçisi, “Brayton”dan 300-dən çox oyuna çıxıb.