Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Lester Siti” klubu müdafiəçisi Conni Evansla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir. 32 yaşlı futbolçu ilə əvvəlki anlaşmanın müddəti 2021-ci ilin yayında bitəcəkdi.

Şimali İrlandiya yığmasının da üzvü olan Evans, 2018-ci ilin yayında “Vest Bromviç”dən “Lester Siti”yə gəlib. O, bu komandada 89 oyuna çıxıb, 3 qola imza atıb.