Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Sauthempton” klubu yarımmüdafiəçisi Oriol Romeu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 29 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Əvvəlki müqavilənin müddəti bu ilin sonunda bitəcəkdi.

Romeu 2015-ci ildən “Sauthempton”un uğurları üçün çalışır. “Barselona”nın yetirməsi olan ispan futbolçu karyerası ərzində “Çelsi”, “Valensiya” və “Ştutqart”da da forma geyinib.