Premyer Liqa klubunda yeni hücumçu

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion “Olimpik”indən Bertrand Traoreni transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı burkina fasolu hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İngiltərə mətbuatı isə “Aston Villa”nın bu transfer üçün Fransa klubuna bonuslarla birlikdə 20.6 milyon avro ödəyəcəyini yazıb.

Karyerasına “Çelsi”də başlayan Traore, Niderlandın “Vitess” və “Ayaks” klublarında icarədə oynadıqdan sonra 2017-ci ildə Lion klubu tərəfindən transfer edilmişdi. O, “Olimpik”in heyətində 3 mövsüm ərzində 126 oyuna çıxıb, 33 qol vurub. Bertrand Burkina Faso yığmasında da 50-dən çox oyun keçirib.