Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Brayton” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komanda Qrem Potterə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

43 yaşlı mütəxəssis bu postda Kris Hyutonu əvəzləyib. Onun son iş yeri isə “Suonsi Siti” olub.

Qeyd edək ki, “Brayton” son mövsümdə İngiltərə Premyer Liqasını 36 xalla 17-ci pillədə başa vurub.