Premyer Liqa klubunda ciddi itki

İngiltərənin “Nyukasl” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Florian Lejen mövsümün sonunadək sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, 33-cü tur çərçivəsində “Kristal Pelas”la oyunda zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu 65-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Florianın yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı bilinməsə də, bu mövsüm bir daha meydana çıxa bilməyəcəyi dəqiqdi.