Premyer Liqa klubunda 5 illik müqavilə

İngiltərənin “Everton” klubu yarımmüdafiəçisi Entoni Qordonla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bununla da o, 2025-ci ilin 30 iyununa kimi doğma klubunun uğurları üçün çalışmağa davam edəcək.

Qeyd edək ki, Qordon “Everton”un öz yetirməsidir. O, bu komandadakı ilk rəsmi matçına 2017-ci ilin dekabrında, 16 yaşı olarkən çıxıb. Ötən mövsüm isə yarımmüdafiəçi Premyer Liqa çərçivəsində 11 matçda oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button