Premyer Liqa klubu tarixinin ən bahalı transferini etdi

İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Renn” klubunun seneqallı vingeri İsmaila Sarrı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Seneqallı yarımmüdafiəçinin transferi yeni klubuna 30 milyon avroya başa gəlib. Bununla da, Sarr “Uotford” tarixinin ən bahalı transferinə çevrilib.

“Renn” Sarrı 2017-ci ildə 17 milyon avro qarşılığında “Mets”dən transfer etmişdi.

Gənc futbolçu indiyə qədər Seneqal yığmasında 21 oyun keçirib, 3 qol vurub. O, ötən mövsüm “Renn”də 50 oyuna 13 qol, 8 məhsuldar ötürmə müəllifi olub.