Premyer Liqa klubu onu yenidən icarəyə götürdü

İngiltərənin “Vest Bromviç” klubu ötən mövsüm Portuqaliya “Benfika”sından icarəyə götürdüyü Filip Krovinoviçi yenidən heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi yenə bir illik icarəyə götürülüb. 2019/20 mövsümünün əvvəlində də “Vest Bromviç” tərəfindən icarətə götürülən xorvat futbolçu bu komandada 40 oyuna çıxıb, 3 qola imza atıb.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Krovinoviç daha öncə Portuqaliyada “Rio Ave”nin də uğurları üçün çalışıb. O, 2017-ci ildən “Benfika”dadır.