“Mançester Yunayted” müdafiəçisini itirdi

İngiltərənin “Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Erik Bayi zədələnib. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer dünən UEFA Çempionlar Liqasında keçirilən PSJ ilə oyundan (2:1) sonra məlumat verib.

O, 26 yaşlı futbolçunun azı 1 aylıq sıradan çıxdığını bildirib.