Premyer Liqa: Ən yaxşı gənc futbolçu odur

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı gənc futbolçusu məlum olub.

Komanda.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden ən yaxşı gənc futbolçu seçilib.

22 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 27 oyuna çıxıb, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb