“O, televizorda necə görünürsə, realda da elədir” – “Liverpul”un futbolçusu

“Liverpul”un futbolçusu Trent Aleksandr-Arnold açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, karyerası və baş məşqçisi Yurgen Klopp haqda danışıb:

“Potensialımı tam göstərdiyimi deyə bilmərəm. Hələ çox iş görməyim lazımdır. Uşaqlıqdan məndə yaxşı futbolçu olmaq üçün xüsusiyyətlər vardı, amma mənim üçün vacib olan hər oyunda qalib gəlmək idi. Komandamın qazana bilməsi üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

Kloppa gəlincə, o, inanılmaz insandır. O, televizorda necə görünürsə, realda da elədir. Klopp ətrafındakı insanlara – ailəsinə, futbolçularına dəyər verən biridir. O, hər kəsə eyni davranır. Nəyi hansı tonda demək lazım olduğunu çox yaxşı bilir”.