“Sportinq”in futbolçusu sinəsindən vuruldu

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Bruno Tavareş güllələnib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi sinəsindən vurulub.

Hadisə yanacaqdoldurma məntəqəsində və qəza nəticəsində baş verib. Tavaresin dostları avtomobildə tapança ilə zarafat ediblər və səhvən atəş açılıb. Dərhal xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olub. Əməliyyat olunan Tavareşin durumu yaxşıdır.

Tavareş “Sportinq”in B komandasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button