“Klub bizə lazım olan hər şeyi alıb gətirir, tualet kağızını belə”

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Abel Ruis koronavirus pandemiyasına görə evdən çölə çıxmadıqlarını deyib.

Komanda.az xəbər verir ki, ispan hücumçu, bu barədə “Cadena Ser”ə açıqlama verib:

“Şənbə günündən evdəyik və küçəyə çıxmırıq. Klub bizə lazım olan hər şeyi alıb gətirir, tualet kağızını belə. “Braqa” bizə çox yaxşı baxır. Biz sakitik və tezliklə yenidən normal həyatımıza qayıtmağımızı gözləyirik”.

Abel Ruis qış transfer pəncərəsi dövründə “Barselona”dan “Braqa”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button