“Mançester Siti”nin hədəfindəki portuqaliyalı

Portuqaliyanın “Benfika” klubunun futbolçusu Ruben Diaş “Mançester Siti”nin “radar”ına düşüb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” 23 yaşlı mərkəz müdafiəçisini transfer etmək niyyətindədir. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

“Mançester Siti” Diaşın transferi üçün artıq “Benfika” ilə danışıqlara başlayıb. Portuqaliyalı müdafiəçisinin transfer dəyəri 50 milyon funt-sterlinqdir.

“Benfika” ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Diaş, bu mövsüm iki oyuna çıxıb.