“Atletiko” onun üçün Feliksi satmaq istəyir

Portuqaliyanın “Benfika” klubunun futbolçusu Darvin Nunyes karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə “Atletiko” klubu yaxından maraqlanır. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

“Atletiko” hücumçusu Joao Feliksi sataraq, Nunyesi heyətinə qatmaq niyyətindədir.

Nunyes bu mövsüm “Benfika” ilə 23 oyunda 18 qol vurub.