Turindən “Benfika”ya

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “Benfika” “Torino”dan Sualyo Meyteni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Benfika” Meyte üçün “Torino”ya bonuslarla birlikdə 7,5 milyon avro ödəyəcək.

Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Milan”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button