“Benfika” alman futbolçunun transferini açıqladı – 100 milyonluq maddə

Portuqaliyanın “Benfika” klubu Dortmund “Borussiya”sından transfer etdiyi Yulian Vayqlla rəsmi müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi yeni klubuyla müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalayıb. Bu barədə “Benfika”nın rəsmi saytı məlumat yayıb. Vayql yeni komandasında 28 nömrəli formanı geyinəcək.

“Benfika” 20 milyon avroya transfer etdiyi alman futbolçunun sərbəstqalma məbləğini 100 milyon avro olaraq müəyyənləşdirib.

Vayql “Borussiya”da 2015-ci ildən çıxış edirdi. Almaniya yığmasının üzvü Dortmund təmsilçisində 171 oyuna çıxıb, 4 qola imza atmışdı.