Villaş-Boaş millinin baş məşqçisi ola bilər

Portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş Mərakeş millisinə rəhbərlik edə bilər.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis bu postda Vahid Halilhociçi əvəz edə bilər. Villaş-Boaşın milliyə gəlişi Halilhociçlə münaqişəsi olan “Çelsi”nin mərakeşli yarımmüdafiəçisi Hakim Ziyexin də yığma komandaya qayıtmasına təsir edəcək.

Villaş-Boaşın son iş yeri 2019-2021-ci illərdə çalışdırdığı “Marsel” olub.

Portuqaliyalı mütəxəssis əvvəllər “Portu”, “Çelsi”, “Tottenhem”, “Zenit” kimi klublarda çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button