Portuqaliyalı futbolçu Super Liqa klubunda

Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, yeni mövsümdən Super Liqada iştirak hüququ qazanan Dənizli təmsilçisi portuqaliyalı futbolçu Tyaqo Lopesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı sağ cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Lopes son mövsümü Türkiyənin digər təmsilçisi “Kayserispor”da keçirib.

Portuqaliyalı futbolçu Türkiyədə 2017-ci ildən çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button