Portuqaliya yığmasının üzvü rəsmən “Liverpul”da

İngiltərə çempionu “Liverpul” heyətinə daha bir yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi “Vulverhempton”un yarımmüdafiəçisi Dioqo Jotanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

“Liverpul” Portuqaliya yığmasının da üzvü olan futbolçunun keçidi üçün 43 milyon avrosundan keçib. Jota yeni komandasında “20” nömrəli formanı geyinəcək.

“Vulverhempton” Jotanı 2019-cu ilin yayında Madrid “Atletiko”sundan 14 milyon avroya transfer etmişdi. Lakin Premyer Liqa klubu 2017-ci ildən etibarən bu futbolçunu icarə əsasında oynadırdı. Dioqo daha öncə “Pasuş de Ferreyra” və “Portu”da da forma geyinib. O, geridə qalan mövsümdə “Vulverhempton”da 48 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.