Ronaldodan rekord

Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu darmadağın edib – 5:0.

Komanda.az xəbər verir ki, sözügedən matçda het-trik edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo rekorda imza atıb.

Lüksemburqla matçda 3 qol vuran Ronaldo yığmada 10-cu dəfə het-trik edib. 36 yaşlı hücumçu milli komandada ən çox het-trik edən futbolçu olub.