İrqçiliyə məruz qaldı, əl işarəti edib, meydanı tərk etdi FOTO

Portuqaliya Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Vitoriya” – “Portu” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmann 71-ci dəqiqəsində yerli azarkeşlər “Portu”nun hücumçusu Mussa Mareqaya qarşı irqçi şüarlar səsləndiriblər. Bunu qəbul etməyən malili futbolçu meydandan çıxaraq, birbaşa paltardəyişmə otağına yollanıb.

Mareqa meydanı tərk edən zaman “Vitoriya” azarkeşlərinə əl işarəti ilə qarşılıq verib. Komanda yoldaşları hücumçunu sakitləşdirmək istəsə də, alınmayıb və 28 yaşlı futbolçu meydanı tərk edib.

“Vitoriya” – “Portu” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. Görüşdə “Portu”nun qələbə qoluna Mussa Mareqa imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button