Portuqaliyada yeni mövsümün başlama vaxtı bilindi

Portuqaliya Premyer Liqasında yeni mövsümün başlama vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Ölkə çempionatında yeni mövsümə sentyabrın 20-də start veriləcək. İkinci liqada isə mövsüm sentyabrın 13-də başlayacaq.

Portuqaliya Premyer Liqasında son mövsümün qalibi “Portu” klubu olub.