Ronaldo: “Döyüşürük”

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, 5:0 hesabıyla bitən matçda het-trik edən Ronaldo, qələbəylə bağlı “instaqram” hesabında paylaşım edib. O, paylaşımında bunları qeyd edib:

“Başqa bir tarixi zəfər. Hədəfimizə doğru daha bir addım atdıq, tarixi gecə idi! İlk dəqiqədən sonra qədər bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Daha çox uğur qazanmaq üçün səylərimi davam etdirirəm. Hər zaman mümkün olan maksimum nəticəni əldə etmək üçün döyüşürük”.