Portuqaliya millisi Ronaldosuz qaldı

UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Xorvatiya millisi ilə qarşılaşacaq Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo bu matçda iştirak edə bilməyəcək. Bunu millinin baş məşqçisi Fernando Santos da təsdiqləyib:

“Ronaldonun bu oyuna tam hazır olacağını deyə bilmərəm. Məşqlərdə yaxşı idi, amma çərşənbə günü sağ ayaq barmaqlarından biri arı vurubmuş kimi idi. Bu infeksiyanın nə vaxt sağalacağını bilmirik”.

Portuqaliya – Xorvatiya oyunu bu gün, saat 22:45-də başlayacaq.        

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button