“Rekordları axtarmıram, özləri məni tapır” – Ronaldo

Portuqaliya millisi AÇ-2020-nin seçmə mərhələsində Ukraynaya məğlub olub – 1:2.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, görüşün 72-ci dəqiqəsində fərqlənən 34 yaşlı hücumçu, peşəkar karyerasında 700-cü qolunu vurub.

Ronaldo 700 qol səddinə çatması ilə bağlı fikirlərini də bildirib:

“Hər kəs bu saya çata bilməz. Mənim bu səviyyədə olmağıma kömək edən komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm.

Ukraynada qələbə qazana bilmədiyimiz üçün məyusam. Ancaq komandamla fəxr edirəm.

Neçə rekordumun olduğunu bilmirəm. Bunları qazanmağımda köməyi olanlara təşəkkür edirəm. Rekordları axtarmıram, özləri məni tapır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button