“Ronaldoya çox şey öyrətmişəm” – Nani

Portuqaliya milli komandasının və “Mançester Yunayted”in keçmiş futbolçusu Nani maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Nani, eyni komandada çıxış etdiyi 5 futbolçudan ibarət rəmzi komanda yaradıb:

“Qapıya David de Xeanı qoyaram. Mənim üçün dünyanın ən yaxşı qapıçılarından biridir. De Xea yaxın dostumdur, ancaq özü ilə eynək götürməlidir. Çünki eynəksiz heç nə görə bilmir.

Müdafiəyə Bruno Alveşi qoyacam. Bir müdafiəçi üçün çox texnikalıdır. Nə lazımdırsa, onu da edir. Yarımmüdafiədə də Deko ilə Pol Skoulz olacaq. Onlar meydanda çox şey edir. Deko mənim kumirlərimdən biridir, ondan çox şey öyrənmişəm.

Hücumda isə Kriştiano Ronaldo yer alacaq. O bacarıqlı futbolçudur, sürətli ayaqları var. Gənc yaşlarında hər şeyi məndən öyrəndi. Ronaldoya çox şey öyrətmişəm”.

Nani hazırda ABŞ-ın “Orlando Siti” klubunda forma geyinir.