“Mançester Siti”nin hakimlərin bu qədər köməyinə ehtiyacı yoxdur”

“Portu”nun futbolçusu Pepe Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi, 1:3 hesabıyla bitən matçla bağlı danışarkən hakimin qərarlarını tənqid edib:

“Mançester Siti” ilə oyunda haqsız məğlubiyyət aldıq. Onların yaxşı futbolçuları var. “Mançester Siti”nin hakimlərin bu qədər köməyinə ehtiyacı yoxdur.

Məğlub olmağı sevmirik. Oyuna yaxşı hazırlaşmışdıq və meydanda əlimizdən gələni etdik. Ancaq təəssüf ki, hakimin qərarları oyuna çox təsir etdi. Yeni bir texnologiyaya sahibik, lakin bu da bir şey edə bilmir. VAR hakiminin bir qərarın səhv olduğunu görməməsu qəbuledilməzdir. Penalti qərarı tamamilə yanlışdır, Rodriqo da qırmızı vərəqə almalı idi. Hakimin verdiyi qərarlara görə məyusam”.