“Portu”nun futbolçusu “Barselona”nın hədəfində

“Portu”nun müdafiəçisi Aleks Telles karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya məbuatına istinadən xəbər verir ki, “Barselona” 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Kataloniya klubunun müdafiəni Telleslə gücləndirməyi planlaşdırdığı və futbolçunun meneceri ilə əlaqə saxladığı bildirilir.

“Çelsi”, “Atletiko” kimi klubların hədəfində olan Telles, bir müddət əvvəl “Portu”nun yeni müqavilə təklifindən imtina etmişdi.

“Portu” ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulan braziliyalı futbolçu, cari mövsümdə iştirak etdiyi 40 oyunda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button