“Portu”nu La Liqa klubuna dəyişdi

İspaniyanın “Osasuna” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Portu”nun ispaniyalı hücumçusu Adrian Lopesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Adrian “Osasuna”ya azad agent statusunda keçib. Bu üzdən də La Liqa təmsilçisi Portuqaliya klubuna heç bir təzminat ödəməyib.

İspaniya yığmasında 2 oyun keçirib, 1 qola imza atmış hücumçu, geridə qalan mövsümdə “Portu”da 11 çempionat oyununa çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button