“Portu”dan rəsmi təklif gəlməyib, amma…” – Buffonla bağlı açıqlama

“Portu”nun maraq dairəsində olduğu deyilən Canluici Buffonla bağlı açıqlama verilib.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, əsas qapıçısı İker Kasilyasın infarkt keçirib, karyerasını bitirməsindən sonra qolkiper axtarışlarına başlayan “Portu”nun italiyalı qapıçını transfer etmək istədiyi deyilir.

Məsələylə bağlı açıqlama verən 41 yaşlı qolkiperin meneceri Silvano Martino, bu xəbəri təkzib edib:

“Portu”dan rəsmi təklif gəlməyib, amma Buffon bu klubda oynamaq fikrinə müsbət yanaşır. Nəticədə, Çempionlar Liqasında oynayan, möhtəşəm keçmişi olan bir klubdan danışırıq”.

Buffon son mövsümü Fransanın PSJ klubunda keçirib.