“Qalatasaray”la “Fənər” istəyirdi – “Portu”ya keçir

“Qalatasaray” və “Fənərbaxça”nın hədəfində olduğu deyilən Ze Luis karyerasını Portuqaliyada davam etdirməyə yaxındır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Spartak”ın (Moskva) hücumçusu “Portu”nun hədəfindədir. Portuqaliya təmsilçisinin futbolçu üçün 8 milyon avroluq təklif göndərdiyi, amma bu təklifin Rusiya klubu tərəfindən qəbul edilmədiyi, “Spartak”ın Luis üçün 12 milyon avro tələb etdiyi bildirilir.

“Portu”nun bu məbləği ödəyəcəyi və transferin tezliklə həyata keçiriləcəyi deyilir.

2015-ci ildən “Spartak”ın şərəfini qoruyan 28 yaşlı futbolçu, geridə qalan mövsümdə iştirak etdiyi 36 oyunda 14 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button