“Portu”da ağır itki: ÇL matçında olmayacaq

Portuqaliyanın “Portu” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, komandanın müdafiəçisi Aleks Telles zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliya çempionatının 27-ci turundakı “Braqa” ilə matçda (3:2) zədələnən Tellesin, azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Braziliyalı futbolçu “Portu”nun Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la qarşılaşacağı oyunda iştirak etməyəcək.

“Liverpul” – “Portu” matçı aprelin 9-da, saat 22:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button