“Portu”da daha bir Pepe

Portuqaliyanın “Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Braziliya “Qremio”sunun yarımmüdafiəçisi Pepeni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir. Amma bu anlaşma iyulun 1-dən qüvvəyə minəcək. Bir sözlə, Pepe yeni komandasına yayda qoşulacaq.

“Portu” bu transfer üçün 15 milyon avrosundan keçib. Portuqaliya klubu yeni transferinə 70 milyon avro qiymət də qoyub.

Pepe karyerasına ölkəsinin “Foz do İquaçu” klubunda başlayıb. O, 2016-cı ildən “Qremio”nun uğurları üçün çalışırdı. Bu mövsüm Braziliya çempionatında 30 matça çıxan futbolçu 9 qola imza atıb.

Qeyd edək ki, “Portu”da Portuqaliya yığmasının və Madrid “Real”ının sabiq müdafiəçisi Pepe də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button