“Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

“Portu” və “Fənərbaxça”nın sabiq baş məşqçisi Vitor Pereyraya həbs cəzası verilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan məhkəməsi “Olimpiakos” klubunu çalışdırdığı zaman “Panatinaikos”la matçda azarkeşləri təhqir edərək, böyük qalmaqala səbəb olduğu üçün portuqaliyalı mütəxəssisə 8 aylıq həbs cəzası verib və bu qərarı təxirə salıb.

“Panatianikos” – “Olimpiakos” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatsa da, Vitor Pereyranın səbəb olduğu hadisələrdən sonra “Panatinaikos”un 3 xalı silinib, 100 min avro cərimələnib və komandaya 2 oyun azarkeşsiz oynama cəzası verilmişdi.

2011-2013-cü illərdə “Portu”nu çalışdıran Pereyra, 2015-ci ilin yanvarından iyuluna qədər “Olimpiakos”da baş məşqçi olub. Portuqaliyalı mütəxəssis daha sonra “Fənərbaxça”, “1860 Münih” kimi komandalarda çalışıb.

51 yaşlı Pereyra hazırda Çinin “Şanxay SİPQ” klubunda işləyir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button