“Spartak”dan “Portu”ya

“Portu” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Portuqaliya təmsilçisi Rusiya “Spartak”ından Ze Luisi transfer edib. Bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Portu” 28 yaşlı hücumçu üçün “Spartak”a 8,5 milyon avro ödəyəcək. Ze Luislə 4 illik müqavilə imzalanıb.