“Roma”dan “Portu”ya

Portuqaliyanın “Portu” klubu “Roma”nın futbolçusunu transfer edib.

Komanda.az kluba istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi “Roma”nın müdafiəçisi İvan Markanonu heyətinə qatıb. 32 yaşlı futbolçu ilə 2023-cü ilədək müqavilə bağlayan “Portu”nun bu transfer üçün “canavarlar”a 3 milyon avro ödədiyi bildirilir.

2018-ci ildən “Roma”nın şərəfini qoruyan ispan futbolçu, 2014-2018-ci illər aralığında “Portu”da forma geyinmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button