“Poqbanın burda qalmaq istədiyini bilirəm” – Sulşer

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer Pol Poqbanın Zinəddin Zidanla görüşməsi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, “Real”ın baş məşqçisi ilə görüşən Poqbanın “qırmızı şeytanlar”da qalmaq istədiyini bildirib:

“Poqba bizdən bir neçə günlük icazə aldı, daha sonra bu şəkil ortaya çıxdı. Bunu problem etmirəm. Poqbanın burda qalmaq istədiyini bilirəm. O, “Mançester Yunayted”də qalmaq və daha yaxşı oynamaq istəyir. Üstəlik, Poqba planlarımızın bir parçası olduğunu bilir. Bu barədə onunla bir neçə dəfə danışmışıq”.

“Real” bu yay Poqbanı transfer etmək istəsə də, bu, baş tutmamışdı. Madrid təmsilçisinin növbəti transfer dönəmlərində də fransız yarımmüdafiəçi üçün danışıqlar aparacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button